28 C
Baku
21 İyul 2025, 2:04
Baş xəbərSosial

Ölkəmizdə sanitariya-gigiyena tədbirləri aparılır  

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsindən Bugun.ty – yə verilən məlumata görə, Sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Axtarış zamanı Göyçay rayonu ərazisində sanitariya-gigiyena qaydalarının pozulması halları aşkarlanıb. Rayonun Qarabaqqal, Şəhadət, Ərəbcəbirli, Çərəkə və Yeniarx kəndlərində sənaye və məişət tullantılarının qalaqlanması, yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməyib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə, həmin kəndlərin bələdiyyə sədrləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Kəmalə Sultan

Oxşar xəbərlər

“Bu bizim dostluğumuzun simvoludur” – VİDEO

Aynur Camal

Azərbaycan Sərhəd Mühafizəsinin 105-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

Aynur Camal

NASA Aya uçuş missiyasını təxirə saldı

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu