Bugun.tv xəbər verir ki, Azərbaycan yazarı Eluca Atalı öz yaradıcılığı ilə ölkəmizi İsveç ictimaiyyəti ilə tanış edib.
Belə ki, müəllif, əsəsən son iki romanı – “Ənqa quşu” və Güney Azərbaycan Milli Azadlıq Hərəkatından, Bütöv Azərbaycan dərdindən bəhs edən “İran hizbullah zindanında” romanının təqdimatını keçirib.
Tədbir İsveçdə fəaliyyət göstərən İsveç Azərbaycan Təşkilatı (SAF) və Stokholmdakı Xalq Evinin təşkilatçılığı ilə baş tutub.
Tədbiri giriş sözü ilə açan SAF-ın rəhbəri Sevda Dadaşova görüşə gələn qonaqları azərbaycan və isveç dillərində salamlayaraq yazarın fəaliyyəti haqda qısa məlumat verib. Bildirilib ki, bu vaxta qədər sözügedən müəllifin müxtəlif dillərdə və ölkələrdə 35 kitabı yayımlanıb.
Eluca Atal çıxışı zamanı yazdığı ədəbi janrlar, çalışdığı mövzular və onlara yanaşma prinsipini geniş şəkildə şərh edərək vurğulayıb ki, əsərlərinə Asif Atanın Mütləqə İnam fəlsəfəsi əsasında yanaşıb.
Həmçinin O, yuxarıda qeyd etdiyimiz “İran hizbullah zindanında” romanını hizbullah zindanında yüzdən artıq soydaşımızla görüşündən sonra ərsəyə gəldiyini iştirakçılara çatdırıb.
Görüşdə müəllifin yaradıcılığını daimi izləyən azərbaycanlı oxucularla yanaşı, isveç, fin, ərəb, türkdilli oxucular da iştirak edib.
Sonda təqdimatın maraqlı olduğunu bildirən isveç ictimaiyyətinin nümayəndələri Eluca Atalıya uğurlar arzulayıb.