Bu il ölkəmizə bahar martın 21-i, saat 01:24-də gəlib.
Baharın gəlişi həmişə yaz bərabərliyi gününə təsadüf edir. Mütəxəssislərin sözlərinə görə yaz fəsli 92 gün 17 saat 40 dəqiqə – iyunun 21-dək davam edəcək.
Tarixi boyu Novruz günəş təqviminə görə yazın gəlişi və yeni ilin başlanğıcı bayramı kimi keçirilib.
2009-cu ildən YUNESKO-nun mədəni irs siyahısına daxil edilib və beynəlxalq statusa malikdir. Novruz sözü “yeni günün bayramı” deməkdir və milli adət-ənənə hesab olunub.
Eyni zamanda bu günə qədər yaşadılan ən qədim bayramlardan biri hesab olunur. Tarixi araşdırmalara görə, bayram rəsmi statusu hələ eramızdan əvvəl 6-4-cü əsrlərdə alıb. Əvvəlcə Əhəmənilər İmperiyasında qeyd olunub, sonra bütün türk xalqları arasında da milli dirçəliş günü yenilənmə, mənəvi və fiziki təmizlənmə rəmzi kimi qeyd olunmağa başlayıb.
Yazın gəlişi və Yerdəki bütün həyatın oyanması ilə ayrılmaz şəkildə bağlıdır.