Bugun.tv xəbər verir ki, Hindistanda 11 müsəlmanı öldürməkdə təqsirləndirilən 67 nəfərə bəraət verilib.
Belə ki, 2002-ci il fevralın 28-də Hindistanın Qucarat ştatının Əhmədabad şəhərindəki məhkəmə müsəlmanların evlərinə hücum edərək çox sayda insan qətlə yetirməkdə ittiham olunan şəxslərə hökmünü açıqlayıb.
Məhkəmə hakim Bharatiya Janata Partiyasından (BJP) Qucaratın keçmiş qadın və uşaq inkişafı naziri Maya Kodnani və ultramillətçi Bajrang Dal qrupunun direktoru Babu Bacrangi də daxil olmaqla 67 nəfərə bəraət verib.
Bildirilib ki, bəraətin verilməsinə səbəb dəlil çatışmazlığıdır.
Xatırladaq ki, “Qucarat hadisələri” ştatda, 27 fevral 2002-ci ildə Qodhra stansiyası yaxınlığında qatarda baş verən yanğında 60 hindu zəvvarının ölməsindən sonra hadisələr başlayıb.
Hücumda əksəriyyəti müsəlman olmaqla azı 1000 adam öldürülmüş, yüzlərlə qadın zorlanmışdır.
Hindistanın hazırkı baş naziri Narendra Modi hadisələr zamanı Qucarat ştatının baş naziri vəzifəsini icra edirdi. Modi müsəlmanların öldürülməsinin qarşısını almaq üçün kifayət qədər səy göstərməməkdə günahlandırılıb.
Modi 2001-2014-cü illərdə Qucaratda baş nazir vəzifəsində çalışıb.
Mənbə: TRT