24 C
Baku
19 Sentyabr 2024, 20:10
Baş xəbərDünya

Ölüm nisbətləri doğuşdan iki dəfə artdı

2022-ci il məlumatlarına görə 77 mindən az doğuşun qeydə alındığı Yunanıstanda ölüm sayı 140 minə çatdıqda, gələcək təhlükə ölkənin gündəmində idi. Türkiyə bu yaxınlarda aşağı doğum nisbətləri ilə mübarizəyə başlayıb.

Türkiyədən başqa əhali böhranı yaşayan ölkələr də diqqət çəkir.

Onların arasında birinci yerdə qonşu Yunanıstan gəlir.

Ağır iqtisadi böhrandan çıxan Yunanıstanın maliyyə xilasetmə proqramlarından çıxmasından altı il keçir.

Bu, ağrılı iqtisadi böhranın rəsmi sonunu bildirsə də, ölkənin astanasında yeni böhran yarandı.

Yeni böhranın adı əhali böhranıdır.

Euronews xəbərlərinə görə; Ölkədə 2022-ci ildə 77,000-dən az doğum qeydə alınıb, bu, demək olar ki, bir əsrdə ən aşağı göstəricidir, ölüm isə bu rəqəmi demək olar ki, iki dəfə artıraraq 140,000-ə çatdırıb.

Hesablamalar göstərir ki, Yunanıstan əhalisi 2070-ci ilə qədər 25 faiz azala bilər ki, bu da Aİ-nin orta göstəricisi olan 4 faizdən xeyli yüksəkdir.Bu tendensiyanın tezliklə dəyişəcəyinə dair heç bir əlamət görünmür.

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis son açıqlamasında deyib: “Demoqrafik çöküş sözün əsl mənasında gələcəyimiz üçün ekzistensial çağırışa çevrilir” xəbərdarlıq etmişdi.

2022-ci ilin məlumatlarına görə, Yunanıstanın əhalisi rəsmi mənbələrdə 10 milyon 430 min olaraq göstərilir.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycan Prezidenti: “Biz 2023-cü ildə laçınlıları Laçına qaytaracağıq”

Sevinc Sadıqova

Avropada Husi hücumlarından ən çox təsirlənən iqtisadiyyat adlandırıldı

Bugün TV

“Pis oğlanlar: Sonacan” filminin nümayişi baş tutdu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu