10 C
Baku
23 Dekabr 2024, 0:00
Sosial

Ölüm yaşının gəncləşməsinə səbəb nədir?

Son zamanlar rast gəldiyimiz ciddi məsələlərdən biri də qəfil ölümlərin artmasıdır. Bu halın xüsusilə gənclər arasında baş verməsi isə narahatlıq yaradır.

Təəssüf ki, son günlər sosial şəbəkə platformalarında gənclərin qəfil vəfat etməsi ilə bağlı xəbərlərə tez-tez rast gəlirik. Səhiyyə Nazirliyinin məlumatına görə, qəfil ölümlərin 50 faizindən çoxu ürək-damar xəstəlikləri səbəbindən baş verir. Erkən yaşda bu problemlərin yaranması isə cəmiyyət arasında narahatlıq yaradır. Bəs gənclər arasında qəfil ölümlər niyə artıb?

Mövzu ilə bağlı terapevt Sübhan Hacıyev Bugun.tvyə açıqlamasında bildirdi ki, 90-95 faiz hallarda buna səbəb ürək və qan damar sisteminin problemləri olur. Amma təbii ki, burada artıq digər faktorlar da var. Düzgün qidalanmamaq, nikotin asılılığı, spirtli içkilərdən həddən çox istifadə etmək və piylənmədir. Çünki maddələr mübadiləsi pozulur və həmin xolestrinlər damarı tutur. Eyni ilə də stress hormon olan kortezol artdıqda əsəb stress yaranır. Beyin damarlarında hər hansı bir el arasında “qansızma” dediyimiz hemorragik insultlar baş verir. Bu da ani ölümlərə gətirib çıxarır ki, bu zaman insanlar artıq bir neçə dəqiqə ölümlə üz-üzə qalırlar, Həmin vaxtlarda hər hansı həkim briqadasının ora gəlib çatması da real olmur və nəticədə biz insan həyatını itirmiş oluruq.

Terapevt onu da qeyd etdi ki, 1 yaşdan 5 yaşa qədər uşaqlarda exokardioqrafiya kimi müayinələr olmalıdır. Çünki müəyyən qüsurlar -ürək qüsurları var ki, onlar qalır. Bu qalıcı qüsurlar artıq hər hansı bir medikamentos yolla deyil, kardio cərrahi yollarla aradan qaldırılır. Bunlara diqqət yetirmədikdə artıq həmin uşaqlar 15-20 yaşına gəlib çatdığında ciddi fəsad verməsi və ya eyni səbəbdən qəfləti ölüm baş verməsi olur. Ağız və burun hissəsində göyərmə, təngnəfəsliklər, ritm pozuntuları (xüsusi ilə bu uşaqlarda qaçan zaman olur) simptonlara aiddir. Hətta danışdığı zaman kəkələmələr də olur. Valideynlərin bir çoxu buna diqqət yetirmir, uşaqları müayinəyə aparmır.

Mütəxəssislər bildirir ki, dünyada ürək-damar xəstəliklərinin yaşı gəncləşir. Vəziyyət o həddə çatıb ki, artıq şagirdlər də bu xəstəliyin qurbanına çevrilirlər. 2050-ci ilə qədər ürək-damar xəstəliklərinin ölüm səbəbləri arasında birinci olacağı proqnozlaşdırılır. Oturaq həyat tərzi, gərginlik, gənclərin fasiləsiz çalışması bu prosesi sürətləndirir. Bununla yanaşı bir çox hallarda ürək xəstəlikləri irsi yolla ötürülür.

Sağlam yaşamaq bir çox hallarda bizdən asılıdır. Bunun üçün isə səhhətimizi daim nəzarətdə saxlamalıyıq. Siqaretdən, energetik və spirtli içkilərdən, narkotik vasitələrdən uzaq durmalıyıq. Bununla həm özümüzü, həm də dünyaya gələcək uşaqlarımızı qorumuş olarıq.

Nigar Məmmədova

Oxşar xəbərlər

2190 şəxs peşə hazırlığına cəlb edildi

Aynur Camal

Ölkədə fəaliyyət göstərən bəzi restoran və kafelər bağlana bilər

Aynur Camal

AİB sədri: “Bu, vətəndaşlara qarşı böhtandır və hökuməti belə neqativ halların aradan qaldırılması üçün ciddi addımlar atmağa çağırırıq”

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu