19 C
Baku
22 Noyabr 2024, 16:39
Baş xəbərDünya

Ölümlə nəticələnən təyyarə qəzasının detalları məlum oldu

“Yaponiya Hava Yolları” şirkətinin “Airbus 350” tipli sərnişin təyyarəsinin Tokionun “Haneda” beynəlxalq hava limanına eniş edərkən ölkənin sahil mühafizə xidmətinə məxsus “Bombardier DHC8-300” təyyarəsi ilə uçuş-enmə zolağında toqquşmasının detalları məlum olub.

Bugun.tv xəbər verir ki, Yaponiyanın Mülki Aviasiya Bürosu sahil mühafizə xidmətinin təyyarəsinin hadisə vaxtı uçuş-enmə zolağına çıxmaq üçün icazəsi olmadığını açıqlayıb. Büronun baş direktorunun müavini Toşiyuku Onuma bildirib ki, uçuşlara nəzarət rabitəsini yoxladıqdan sonra sahil mühafizə xidmətinin təyyarəsinin zolağa daxil olmasına razılığı təsdiqləyən sübut tapılmayıb. Qurumun açıqladığı məlumata əsasən uçuşları idarəetmə məntəqəsinin dispetçeri “Airbus 350” təyyarəsinin kapitanı ilə sonuncu dəfə qəzadan 2 dəqiqə əvvəl əlaqə saxlayıb və uçuş-enmə zolağının eniş üçün təmiz olduğunu deyib. Sahil mühafizə xidmətinin təyyarəsinin pilotu da təxminən eyni vaxtda dispetçer ilə əlaqə saxlayaraq, gözləmə zonasına doğru irəlilədiyini deyib.

“Yaponiya Hava Yolları” toqquşan təyyarəsinin pilotlarının şirkətə təqdim etdikləri məruzələrində eniş prosesini dispetçerin uçuş-enmə zolağının eniş üçün təmiz olması barədə məlumatından sonra qaydalara uyğun icra etdiklərini bildirdiklərini açıqlayıb.

Yaponiya sahil mühafizə xidmətinə məxsus təyyarənin sağ qalan kapitanı isə təhqiqatçılara təyyarənin uçuş-enmə zolağına daxil olmasına razılıq verildiyini deyib.

İntizar Əmirova

Oxşar xəbərlər

Böyük Britaniyanın ticarət elçisi ölkəmizdə səfərdədir

Aynur Camal

“Şahin” hərbi-idman oyununun zona mərhələsi yekunlaşdı – FOTO

Aynur Camal

Terror əməliyyatı: 19 nəfər saxlanıldı

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu