25 C
Baku
20 İyul 2025, 7:31
Dünya

Ölənlərin sayı 35 min 984-ə yüksəldi

İsrail ordusunun Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda ölənlərin sayı son 24 saatda 81 nəfər artaraq 35 min 984-ə çatıb.

Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 233 gündür hücumları ilə bağlı məlumat verilib.

İsrail ordusunun Qəzzanın müxtəlif bölgələrində son 24 saat ərzində həyata keçirdiyi 8 hücumda daha 81 fələstinlinin həyatını itirdiyi, 223 fələstinlinin isə yaralandığı bildirilib.

İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 35 min 984-ə, yaralıların sayının isə 80 min 643-ə yüksəldiyi qeyd edilib.

Açıqlamada dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə səlahiyyətlilərinin cəsədlərə çata bilmədiyi də bildirilib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

İspan iqlim fəalları dünya şöhrətli futbolçunun evinə qəfil hücum etdilər

Aynur Camal

Hərbi geyimli hücumçular 60 nəfəri öldürdü

Aynur Camal

Atəşfəşanlıq anbarında partlayış baş verdi: 9 nəfər öldü, 115 nəfər yaralandı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu