23 C
Baku
10 İyun 2025, 0:26
Dünya

Ölənlərin sayı 38 min 193-ə yüksəldi

İsrail 276 gündür hücum edir!

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda ölənlərin sayı son 24 saatda 40 nəfər artaraq 38 min 193-ə çatıb.

Qəzzada Fələstin Səhiyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada İsrailin Qəzza zolağına 276 gündür hücumları ilə bağlı məlumat verilib.

İsrail ordusunun son 24 saat ərzində Qəzzanın müxtəlif bölgələrində 3 “qırğın” həyata keçirdiyi və bu hücumlarda daha 40 fələstinlinin həyatını itirdiyi, 75 fələstinlinin isə yaralandığı bildirilib.

Qeyd olunub ki, İsrailin 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 38 min 193-ə, yaralıların sayı isə 87 min 903-ə yüksəlib.

Bəyanatda dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin İsrailin maneələri üzündən tibb qrupları və mülki müdafiə səlahiyyətlilərinin cəsədlərə çata bilmədiyi də təkrarlanıb.

Mənbə: Haber Global

Sevinc Sadıqova

Oxşar xəbərlər

Qəzzadan gələn hücumda ən azı 900 israilli həyatını itirib

Bugün TV

Güclü leysan həyatı iflic etdi-FOTO

Nigar Məmmədova

Fövqəladə vəziyyət elan edildi: Yeni nazirlik yaradılacaq!

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu