12 C
Baku
11 Aprel 2026, 2:40
Baş xəbər

Ombudsman Aparatının əməkdaşları Yetkinlik Yaşına Çatmayanlar üçün Penitensiar Müəssisəyə baş çəkiblər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva əhalinin həssas qruplarının, o cümlədən məhkumların hüquqlarının təmin olunması vəziyyətini daim diqqətdə saxlayır.

Bugun.tv xəbər verir ki, Ombudsmanın tapşırığı ilə Aparatın əməkdaşları 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn yeni il münasibətilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Yetkinlik Yaşına Çatmayanlar üçün Penitensiar Müəssisəsinə (Kompleksinə) baş çəkiblər.

Müəssisədə yetkinlik yaşına çatmayan şəxslər qəbul olunub, Ombudsman Səbinə Əliyevanın qarşıdan gələn bayram və yeni il münasibətilə təbrikləri çatdırılıb, onlar üçün bayram ilə əlaqədar nahar süfrəsi təşkil olunub.

Başçəkmə çərçivəsində, həmçinin Aparatın əməkdaşları tərəfindən müəssisədə uşaqlarla maarifləndirici söhbətlər aparılıb.

Aynur Camal

Oxşar xəbərlər

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Qahirə Universitetində Azərbaycan dilində şeir səsləndirildi – misirli tələbələrdən təsirli çıxış

Aynur Camal

Bu gecə Bakı Pakistan Gününü işıqlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu