15 C
Baku
14 Fevral 2026, 17:46
Baş xəbərSosial

Ombudsman Aparatının nümayəndələri N hərbi hissəsində olublar

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında 2023-cü il üçün birgə tədbirlər planına əsasən, Ombudsman Səbinə Əliyeva və aparatın nümayəndələri N hərbi hissəsini ziyarət ediblər.

Bu barədə Bugun.tv-yə Müdafiə Nazirliyindən xəbər verilib.

Bildirib ki, əvvəlcə hərbi hissənin ərazisində şəhidlərin əziz xatirəsinə ucaldılan abidə kompleksi ziyarət edilərək önünə gül dəstələri düzülüb.

Qonaqlara hərbi hissənin yaranma tarixi və fəaliyyəti haqqında məlumat verilib.

Hərbi qulluqçuların hüquqlarının müdafiəsi ilə bağlı mühazirə ilə çıxış edən S.Əliyeva xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya hədiyyələr təqdim edib.

Daha sonra nümayəndə heyəti hərbi hissədə şəxsi heyət üçün yaradılan şəraitlə tanış olub, yataqxana, əsgər yeməkxanası və digər obyektlərə baxış keçirib.

S.Əliyeva hərbi hissənin “Xatirə kitabı”na ürək sözlərini yazıb.

Səfər çərçivəsində Ombudsman Aparatının nümayəndələri hərbi hospitalı ziyarət edərək burada yaradılan şəraitlə tanış olub, hərbi tibb müəssisəsində müalicə olunan hərbi qulluqçuların qayğıları ilə maraqlanıblar.

Aynur Camal

Oxşar xəbərlər

AzTV-nin 70 illiyi qeyd olunur

Aynur Camal

Prezident Əliyev: Azərbaycan Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırıb

Aynur Camal

ABŞ-ın paytaxtında Azərbaycan mədəni irsi sərgisi açılıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu