18 C
Baku
20 Sentyabr 2024, 2:02
Baş xəbər

“Onlar az əmək haqqı ilə çox iş görürlər” – TƏHSİL EKSPERTİ ETİRAZ ETDİ

“Hörmətli Elm və təhsil naziri Emin Əmrullayev dünən çıxışında bildirib ki, müəyyən faiz müəllim savadsızdır. Mövcud təlim standartlarına və tədqiqatlara görə bu ifadə səhvdir”.

Bugun.tv xəbər verir ki, bu fikirləri təhsil üzrə ekspert Kamran Əsədov öz facebook səhifəsində bildirib.

O qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Bölümünün – UNESCO-nun məlumatlarına görə, son 50 ildə xüsusilə, gənc əhali arasında savadlılıq səviyyəsi xeyli artıb. Lakin bu tərəqqiyə baxmayaraq, 2020-ci ildə dünyada üçdə ikisini qadınlar olmaqla 771 milyon yetkin insanın savadsız olduğu göstərilib.

“Hörmətli nazir Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ICESCO-nun “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə keçirdiyi tədbirdə videoformatda çıxışı zamanı deyib ki, “Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Siz isə azı orta ixtisas və ali təhsil almış şəxsləri savadsız olmaqda ittiham edirsiniz ki, bu termini düzgün istifadə etmirsiniz. Siz onlara ixtisasını zəif bilən müəllim deyə bilərsiniz, amma savadsız deyə bilməzsiniz.

Hazırda təhsil standartlarında kompetensiyalar var. Savadlılıq səviyyəsinin ölçülməsi alətlərinə görə bu termin o şəxslərə şamil edilir ki, onlar oxumağı, yazmağı bilmir. Yazarkən hər kəs səhv edir. Sizin özünüz belə sosial şəbəkə hesabınızda bir paylaşımı azı 6 dəfə redaktə edirsiniz”, – K.Əsədov bildirib.

Təhsil ekspertinin sözlərinə görə, nazirliyin MİQ, Sertifikasiya imtahanında tərtib etdiyi testlər arasında hər dəfə səhvlər olur.

“Və əsas, sizin dünən sertifikatlaşdırma nəticələri ilə təqdim etdiyiniz hesabatın elmi əsası yoxdur və ciddi tədqiqatlara ziddir ki, bununla bağlı tədqiqatlara əsaslanaraq əlavə yazıram. Cənab nazir, məncə müəllimlərə qarşı alçaldıcı, təhqiredici və ya alçaldan söz, terminlərdən istifadə etməyin. Onlar az əmək haqqı ilə çox iş görürlər”, – Kamran Əsədov əlavə edib.

Kəmalə Sultan

Oxşar xəbərlər

Tələbələr üçün pulsuz təhsil

Teymur Əziz

Yaponiyada zəlzələdə ölənlərin sayı 161-ə çatdı

İntizar Əmirova

Qaçaqmalçılıq əməliyyatında 158 nəfər həbs olunub

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu