28 C
Baku
10 Sentyabr 2025, 13:54
Baş xəbərSosial

“Onlar bizə əmanət” layihəsi davam edir

Bugun.tv xəbər verir ki, “YAŞAT” Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün həyata keçirdiyi “Onlar bizə əmanət” layihəsi davam edir.

12-13 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhid olan qəhrəmanımız Azər Məmmədovun Sumqayıt şəhərində doğulan övladı Azayın zəruri xərcləri Fond tərəfindən qarşılanıb. Bu məqsədlə 1000 AZN vəsait ananın hesabına köçürülüb. Dünyaya yeni göz açan körpə – Azayın adına isə depozit hesabı açılacaq və 5000 AZN vəsait onun hesabına yerləşdiriləcək. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür.

Şəhidin övladı həmin vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesabından çıxara biləcək.

Layihə indiyədək 106 şəhid övladını əhatə edib.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir. Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Aynur Camal

Oxşar xəbərlər

Cinayet törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Kəmalə Sultan

Qiymətli torpaq endirimlə 1 milyon dollara satılır! Amma heç kim almağa razı deyil

Aynur Camal

Putin: Qərb hesab edir ki, belə böyük Rusiya lazım deyil

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu