5 C
Baku
30 Yanvar 2026, 4:52
Dünya

Onlar tunel qazdılar və ölkələri dəyişdirdilər

Belarusda 180 qanunsuz immiqrant sərhəddə qazdıqları tunel vasitəsilə Polşaya daxil olub. Qanunsuz immiqrantlardan 130-dan çoxu saxlanılıb, digərlərinin axtarışı isə davam edir.

Polşa Sərhəd Mühafizəsinin (Straz Graniczna) sözçüsü Andjey Juzviak dünən 180 qanunsuz immiqrantın sərhədin Belarus tərəfində qazdıqları tunel vasitəsilə Polşaya daxil olduğunu açıqlayıb.

Juzviak hadisənin sərhədin Narewiki bölgəsində baş verdiyini və 1,5 metr dərinliyindəki tunelin girişinin Belarus sərhədinin təxminən 50 metr içərisində, meşəlik ərazidə, çıxışının isə Polşa sərhədinin 10 metr içərisində olduğunu bildirib.

Juzviak dedi: “Elektron sistemlər sayəsində Sərhəd Mühafizəçiləri Polşaya daxil olan 180 qanunsuz immiqrantı tez bir zamanda aşkar edib və onlarla bağlı tədbir gördülər. İndiyə qədər 130-dan çoxu saxlanılıb və qalan qanunsuz immiqrantların axtarışı davam edir”. Juzviak bildirdi ki, immiqrantlar Əfqanıstan, Pakistan, Hindistan, Nepal və Banqladeş vətəndaşlarıdır. O, həmçinin qanunsuz immiqrantları Qərbi Avropa ölkələrinə aparmaq niyyəti ilə əraziyə gələn iki nəfərin – Polşa vətəndaşı və Litva vətəndaşının saxlanıldığını bildirdi.

2022-ci ildə Polşa qanunsuz immiqrantların axınının qarşısını almaq üçün Belarusla sərhədi boyunca 186 kilometr uzunluğunda, 5,5 metr hündürlüyündə polad divar tikdi. Bu divar qanunsuz keçidlərin qarşısını tamamilə ala bilmədiyindən, ötən ay divara paralel olaraq 4 metr hündürlüyündə tikanlı məftillərdən ibarət ikinci bir sədd tikmək qərara alındı.

Mənbə: Hurriyet.com

Aynur Camal

Oxşar xəbərlər

500 000-ə yaxın qanunsuz miqranta hüquqi status verəcək

Aynur Camal

ABŞ İranla gərginlik fonunda əlavə hərbi gəmi göndərdi

Aynur Camal

Liflə zəngin, amma az qiymətləndirilən meyvə açıqlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu