Baş xəbər

“Onun atdığı addımlar Azərbaycanın taleyini dəyişdi”

“Bütün digər xalqlar kimi, Azərbaycan xalqı da özünün uzaq və yaxın tarixində taleyüklü problemlərlə, hətta bəzən bir xalq olaraq mövcudluğunun davam edib etməməsi kimi kritik dilemma ilə üzləşib. Tarixin belə böhranlı anlarında cəmiyyət çaşqınlıq və gərginlik içərisində çarpışır, vəziyyətdən çıxış yolu axtarır. Lakin sonda ən müdrik qərarı yenə də xalq verir, öz xilaskarını üzə çıxarır və onun ətrafında birləşərək hədəfə doğru yol alır. Heydər Əliyev də xalqımızın ən böhranlı dönəmlərində xalq tərəfindən seçilən, böyük etimad bəslənən və yeganə ümid mənbəyi kimi baxılan bir şəxsiyyətdir”.

Bugun.tv -xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Cavanşir Feyziyev Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümü ilə bağlı deyib.

Millət vəkili həmçinin qeyd edib ki, çox da uzaq olmayan keçmişimizdə hələ bu gün həyatda olan yaş nəslinin gözləri qarşısında baş vermiş siyasi burulğanlar, iqtisadi çöküşlər, işğal, deportasiya, soyqırımı, ağır mənəvi sarsıntılar xalqın taleyinin tapşırılacağı belə bir şəxsiyyətin tapılmasını və ondan imdad dilənməsini zəruri etmişdi. Belə bir təlatümlü zamanda xalq vahid bir səslə bir adın, bir şəxsin ətrafında birləşməyə qərar verdi: o Heydər Əliyev idi. Hadisələrin sonrakı gedişi göstərdi ki, xalqımız doğrudan da ən müdrik qərarını verib, ən doğru seçimini edib. Heydər Əliyev Azərbaycan xalqını üzən problemlərin həlli üçün bütün səylərini ortaya qoydu, bütün imkanları vahid məqsəd uğrunda səfərbər edə bildi, Azərbaycan dövlətini dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas etdi. Onun öz xalqının mövcudluğu, gələcək tərəqqisi və xoşbəxtliyi üçün qəbul etdiyi qərarlar və atdığı addımlar Azərbaycanın taleyini dəyişdi. Daim inkişafda olan, bölgədə və dünyada özünəməxsus siyasi çəkisi olan bu günkü qüdrətli və firavan Azərbaycan Respublikası məhz Heydər Əliyev zəkasının və istedadının yaratdığı gözəl bir əsərdir. Buna görə bütün Azərbaycan xalqı Heydər Əliyevin xatirəsini əziz tutur və onu daim ümumxalq məhəbbəti və minnətdarlığı ilə xatırlayır.

Aynur Camal

Oxşar xəbərlər

Su qiymətləri 4,5 ildə yüzdə 500 artdı

Teymur Əziz

Orxan Heydərli dünya çempionu oldu

Teymur Əziz

Ukrayna: “Rusiya 20 raket hücumu etdi, 12 Kalibr raketi vuruldu”

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu