13 C
Baku
16 Fevral 2026, 17:04
Texnologiya

OpenAI GPT-4o modelini yenidən istifadədən çıxardı: İstifadəçilərdən böyük reaksiya

OpenAI, GPT-4o, GPT-5, süni intellekt xəbərləri, ChatGPT yenilənməsi, OpenAI modelləri, texnologiya dünyası, AI platforması

OpenAI şirkəti GPT-4o modelinin istifadəsinin rəsmi olaraq dayandırıldığını açıqlayıb. Bildirilib ki, model 13 fevral tarixindən etibarən platformadan çıxarılıb və artıq istifadə olunmayacaq.

Məlumata görə, GPT-4o ilə yanaşı GPT-4.1o4-mini modellərinin də istehsalı və istifadəsi dayandırılıb. Bu qərar xüsusilə GPT-4o-nun özünəməxsus danışıq tərzinə və tonuna öyrəşmiş istifadəçilər arasında ciddi narazılıq yaradıb.

Qeyd edək ki, OpenAI daha əvvəl də GPT-4o modelini müvəqqəti dayandırmışdı. Ötən ilin avqust ayında GPT-5 modelinin təqdim edilməsindən sonra GPT-4o istifadədən çıxarılmış, lakin istifadəçilərin güclü reaksiyası nəticəsində yenidən bərpa edilmişdi.

İstifadəçilər GPT-4o-nu “müsbət, isti və dəstəkləyici ünsiyyət tərzinə malik” model kimi dəyərləndirsələr də, bəzi tədqiqatçılar onun həddindən artıq “təsdiqləyici” davranış sərgilədiyini bildirib. Bu xüsusiyyətin istifadəçini həqiqətdən çox razı salmağa yönəlməsi “yaltaqlıq meyli” kimi qiymətləndirilib.

Mütəxəssislər vurğulayır ki, bu qərar süni intellekt modellərinin artıq təkcə texnoloji vasitə deyil, eyni zamanda istifadəçilər üçün “rəqəmsal yoldaş” roluna çevrildiyini bir daha göstərir.

Mənbə: TRT Haber

Aynur Camal

Oxşar xəbərlər

YouTube 21 yaşını tamamladı: Rəqəmsal yayımın nəhəngi

Aynur Camal

NASA Mars səthində geniş su buzunu təsdiqləyib

Aynur Camal

ABŞ Energetika Nazirliyi 26 elmi və texnoloji çağırış elan etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu