20 C
Baku
14 İyun 2025, 0:39
Baş xəbər

Ordubadda iki şəhidin anım mərasimi keçirildi – FOTO

Ordubad rayonunun Gənzə kəndində xüsusi bir tədbir keçirilib. Bu tədbirdə bir ailənin iki şəhid övladı – əmisi və onun adını daşıyan qardaşı oğlunun xatirəsi yad edilib. Onlar Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqla ailələrinin, kəndlərinin və bütün Azərbaycanın qürur mənbəyinə çevriliblər.

Bugun.tv  xəbər verir ki, mərasimdə “Fireland Group”un rəhbəri, “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihələrinin müəllifi Cəlal Qurbanov da iştirak edib. O, bu anlamlı anları öz sosial media hesabında bölüşərək tədbirin mənəvi yükündən bəhs edib:

“Bu gün Ceyhun balamızın ildönümü münasibətilə Ordubaddaydıq. Əmisi Ceyhun Hüseynovun izindən gedən və onun adını daşıyan qəhrəman balamız da əsl igid kimi Vətən uğrunda şəhidlik zirvəsinə ucaldı. İki şəhidi olan bu ailənin yanında olmaq mənim üçün böyük şərəf idi”.

Tədbirdə şəhidlərin anası və nənəsi olan Səhrayə ana da iştirak edib. Ailə üzvləri mərhum atalarının sağlığında verdiyi vəsiyyəti yerinə yetiriblər – ailəlikcə şəhidin ildönümündə iştirak ediblər. Cəlal Qurbanov atasının bu vəsiyyətinə sadiq qalaraq ailəsi və dostları ilə birlikdə ziyarətə qatılıb:

“Atam istəyirdi ki, şəhid Ceyhun balamızın ildönümündə hamımız bir araya gələk. Biz də bu arzuya sadiq qalaraq ailəmizlə, dəyərli şəhid analarımızla birlikdə onun ruhuna dualar oxuduq. Ceyhunun doğmaları, kənd sakinləri bizləri böyük ehtiramla qarşıladılar”.

Ziyarət çərçivəsində Əshabi-Kəhf məkanına da baş çəkilib, bütün şəhidlərimizin ruhuna dualar oxunub. Cəlal Qurbanov tədbirdə ona dəstək olan yaxınlarına, xüsusilə Tofiq qardaşı və Mədinə bacısına da təşəkkür edib:

“Şəhidlər yalnız yad edilməklə deyil, onların ailələrinin yanında olmaqla yaşadılır. Atam sağlığında belə deyirdi: şəhidlərin ruhunu sevindirmək üçün onların ocaqlarını tərk etməmək lazımdır. Biz də bu yolu davam etdirəcəyik”.

Eyni zamanda qeyd edək ki, mərasimdə tanınmış ilahiyyatçı Hacı Nuran, məşhur müğənni Mirələm Mirələmov və çoxlu sayda şəhid anaları iştirak ediblər. Tədbirin sonunda şəhidin əmisi Cəmşid Hüseynov ailəsi adından bütün qonaqlara təşəkkürünü bildirib.

Mənbə: Dogru.Az

Aynur Camal

Oxşar xəbərlər

UNICEF: 1 milyon uşaq uçurumun kənarında yaşayır

İntizar Əmirova

“1-ci Uşaq Teatr Festivalı”nın açılış mərasimi baş tutdu

Aynur Camal

Beynəlxalq Qızıl Xaç Komitəsini məhkəməyə verən əməkdaşın kimliyi məlum oldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu