24 C
Baku
9 Sentyabr 2025, 21:48
Baş xəbər

Ordumuzun mövqeləri atəşə tutulub

Müdafiə Nazirliyindən Bugun.tv-yə verilən məlumata görə, bu gün saat 04:20-dən saat 13:55-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri atəşə tutulub.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Bundan başqa, saat 12:20 radələrində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Mənbə: Müdafiə Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Bu şəhərdə çimmək qadağandır

Bugün TV

Qafqaz Müsəlmanları İdarəsinin sədri Qazaxıstana səfər edəcək

Aynur Camal

Saxlanılan avtomobildə 1,5 ton sənədsiz tütün aşkar edildi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu