16 C
Baku
24 Oktyabr 2025, 6:55
Baş xəbər

Ordumuzun mövqeləri atəşə tutulub

Müdafiə Nazirliyindən Bugun.tv-yə verilən məlumata görə, bu gün saat 04:20-dən saat 13:55-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri atəşə tutulub.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Bundan başqa, saat 12:20 radələrində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Mənbə: Müdafiə Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Alimlər Çernobıl itlərinin radiasiyaya görə necə təkamül etdiyini izah edirlər

Aynur Camal

Xırdalanda partlayış baş verdi- YENİLƏNİB

Bugün TV

Birinci vitse-prezidenti Mehriban Əliyeva paylaşım etdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu