6 C
Baku
23 Fevral 2026, 9:59
Dünya

Orta Dəhlizlə yükdaşımaların həcmi son beş ildə altı dəfə artdı

Bugun.tv Qazaxıstan Nəqliyyat Nazirliyinin məlumatlarına istinadla xəbər verir ki, təkcə ötən il daşımaların həcmi 62%, konteyner daşımaları isə 2,7 dəfə artıb. 2025-ci ilin birinci yarısında daşımaların həcmi 2,3 milyon tona çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7% çoxdur.Qeyd olunur ki, konteyner daşımalarının əhəmiyyətli dərəcədə artması digər məsələlərlə yanaşı, gömrük prosedurlarının avtomatlaşdırılması hesabına mümkün olub: indi bir konteyner qatarının qeydiyyatı cəmi 30 dəqiqə çəkirsə, əvvəllər bu, üç saata qədər vaxt aparırdı.

“Bu yaxınlarda Çin tərəfi ilə birlikdə Aktau limanında konteyner terminalı istifadəyə verilib. Bizim Siandakı quru limanımız uğurla fəaliyyət göstərir. Selyatino, Svisloç stansiyalarında və Budapeşt yaxınlığında yeni terminallar tikilir. İyun ayında Gürcüstanın Poti limanında Qazaxıstanın ilk multimodal terminalı açılıb”, -deyə Qazaxıstan nəqliyyat nazirinin müavini Maksat Kaliakparov bildirib.

Bugün TV

Oxşar xəbərlər

Ukrayna: Rusiya 50 raket və 297 PUA ilə eyni vaxtda hücum edib

Aynur Camal

Ramazan ayında Qəzzada fələstinlilər aclıqla mübarizə aparır

Aynur Camal

Abbas Araqçi: “Təslim olmuruq, çünki biz iranlıyıq”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu