27 C
Baku
10 İyun 2025, 9:42
Baş xəbərDünya

Orta məktəb şagirdi məktəbə bıçaqla hücum etdi

1 nəfərin öldüyü, 3 nəfərin yaralandığı məktəbə bıçaqlı hücumda lisey şagirdi nəzarətə alınıb.

Fransanın Nant şəhərində orta məktəb şagirdinin bıçaqla hücumu gündəm mövzusuna çevrilib…

Milli mətbuatda yer alan xəbərlərə görə, hadisə günorta saatlarında Nantdakı Notre-Dame-de-Toutes-Aides Liseyində baş verib.

İLKİN QEYDİYYƏTƏ GÖRƏ, 4 YARALI.

15 yaşlı orta məktəbin ikinci kurs tələbəsi bıçaqla məktəbin həyətinə girərək iki fərqli sinifdə oxuyan dostlarına hücum edib.

İlkin məlumata görə, hücum nəticəsində 4 tələbə yaralanıb.

1 HƏYAT İTKİSİ

Milli mətbuatın səlahiyyətli mənbələrdən əldə etdiyi məlumata görə, ağır yaralanan tələbələrdən biri həyatını itirib.

Hücumçunun məktəbdəki müəllimlər tərəfindən çətinliklə qarşısının alındığı, hadisə yerinə polis və tibb qruplarının sövq edildiyi bildirilib.

Hücum edən şəxs polis tərəfindən saxlanılıb.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Kənddə yanğını oldu

Bugün TV

“Qərb Kiyevin mülki obyektlərə davamlı zərbələrini səngidir”

Nigar Məmmədova

Fabrikin azot turşusu çəni partladı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu