19 C
Baku
23 Oktyabr 2025, 11:08
Digər

Orta məktəb şagirdləri simulyasiya edilmiş atıcılıq təlimi alırlar

Yunan əsgərlərinin orta məktəb şagirdlərinə simulyasiya edilmiş atış təlimi keçirməsinin fotosu mediada yayılıb.

Türkiyə ilə Yunanıstan arasındakı tarixi məsələlər bölgənin ən ciddi problemlərindəndir.

Türkiyənin son 20 ildə müdafiə sənayesində əldə etdiyi böyük irəliləyişlər, bu sahədə lider ölkələr sırasına yüksəlməsi və xüsusilə İHA texnologiyasındakı uğurları Yunanıstanı ən çox narahat edən məsələlərdəndir.

Türkiyənin uğuruna cavab olaraq Yunanıstan Egeydəki silahsızlaşdırılmalı olan adalarda hərbi bazalar qurmaq, dəniz və hava qüvvələrini gücləndirmək üçün bir sıra Avropa ölkələri ilə müqavilələr imzalamaq kimi təşəbbüslər irəli sürür.

Avropa Birliyinin üzvü olaraq Türkiyənin beynəlxalq silah müqavilələrini də əngəlləməyə çalışan Yunanıstan gərginliyi daim artırmaqdadır.

Hər fürsətdə Türkiyəyə qarşı təxribatlara əl atan Yunanıstan hökuməti indi də orta məktəb şagirdlərinə hərbi təhsil verir.

Bu çərçivədə Yunanıstanın təhlükəsizlik qüvvələrinin lisey şagirdlərinə simulyasiya edilmiş atışma təlimi verdiyi ortaya çıxıb.

Mediada bir qrup tələbənin hərbi geyimli zabitdən təlim keçməsi ilə bağlı görüntülər yayılıb.

Orta məktəb şagirdlərinə silahlar haqqında məlumat verildiyi, qız tələbələrin simulyasiyada atışma məşqi etdiyi, əsgərlərlə xatirə fotosu çəkdirdiyi fotolar diqqət çəkib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Tarixin ən böyük xəzinəsi: Kolumbiya 18 milyard dollarlıq xəzinə üçün hərəkətə keçdi!

Aynur Camal

BDU-nun kollektivi Xocalı faciəsi qurbanlarının xatirəsini anıb

Nigar Məmmədova

Terror təşkilatı PKK-nın istifadə etdiyi əl istehsalı partlayıcı və sursat ələ keçirildi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu