20 C
Baku
9 Sentyabr 2025, 7:18
Baş xəbər

Orta məktəbdə “Narkomaniyaya yox deyək!”adlı tədbir keçirilib

Zərdab Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Dəkkəoba kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.

Bu barədə Bugun.tv-yə DİN-in Mətbuat Xidmətindən bildirilib.
Görüşdə çıxış edən rəis müavini, polis polkovnik-leytenantı Urman Ağayev narkotik vasitələrin insan sağlamlığına vurduğu zərərlərdən danışaraq, “ağ ölüm” kimi tanınan bu zərərli maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı qətiyyətli mübarizə tədbirləri həyata keçirildiyini və bu əməl ilə məşğul olan şəxslərin saxlanılaraq məsuliyyətə cəlb olunduğunu bildirib.
Daha sonra isə tədbirdə iştirak edən digər iştirakçılar erkən nigaha daxil olma və dini radikalizmə qarşı mübarizə mövzularında çıxışlar edərək, məktəblilərə geniş məlumatlar veriblər.
Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Bugün TV

Oxşar xəbərlər

İki avtomobil toqquşdu: 1 nəfər öldü, 7 nəfər yaralandı

Bugün TV

Şimali Makedoniyada matəm günü elan edilib

Aynur Camal

İraqda ABŞ-ın işğalından sonra ilk siyahıyaalma keçirilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu