Baş xəbərDünya

Orta məktəbə hücum! Ölənlər və yaralananlar var

ABŞ-ın Corciya ştatında orta məktəbdə atışma səsləri eşidilib. Hücumda 4 nəfərin həyatını itirdiyi, çoxlu sayda yaralının olduğu öyrənilib. Son xəbərlərə görə, ABŞ-ın Corciya ştatında məktəbə silahlı hücum olub. Hücum yerinə çox sayda təcili yardım göndərilərkən, ilkin təsbitlərə görə 4 nəfərin öldüyü, çoxunun yaralandığı öyrənilib.

Yerli vaxtla saat 11:30 radələrində Corciya ştatının Uinder şəhərindəki Apalachee Liseyində atəş səsləri eşidilib. Hadisədən sonra əraziyə sürətlə gələn polis qrupları məktəbin ətrafında təhlükəsizlik tədbirləri görərək, giriş-çıxışları bağlayıb.

Corciya Təhqiqat Bürosunun (GBI) direktoru Chris Hosey şübhəlinin 14 yaşlı Colt Grey adlı oğlan tələbə olduğunu açıqladı. Şübhəlinin sağ olduğu və həbsdə olduğu bildirilib.

Hadisə yerindən paylaşılan görüntülərdə çoxlu polis və xilasetmə maşını ilə birlikdə ən az beş təcili yardım maşınının məktəb ətrafında gözlədiyi, bir yaralının isə vertolyotla xəstəxanaya aparıldığı bildirilir. Hücumda ən azı 4 nəfərin həyatını itirdiyi, 30 nəfərin yaralandığı öyrənilib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Casusluq qalmaqalı: NATO-nun gizli məlumatlarını Çinə ötürən polkovnik saxlanıldı

Aynur Camal

İran-ABŞ nüvə danışıqlarından sonra ilk açıqlama

Aynur Camal

Nigeriyada kütləvi hücumlar sonrası BMT terrorizmi pisləyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu