7 C
Baku
21 Dekabr 2025, 12:41
Dünyaİdman

Osimhen 3 nəhəng klubun diqqət mərkəzindədir

“Napoli”nin hücumçusu Viktor Osimhen uğrunda “Mançester Yunayted”, “Çelsi” və “Liverpul” yarışır.

Bugun.tv xəbər verir ki, bu barədə jurnalist Saşa Tavolieri bildirib.

Onun fikrincə, klublar mümkün müqavilələrin şərtlərini müzakirə etmək üçün forvardın agentləri ilə görüşlər planlaşdırıb.

Onların niyyətləri gələn həftə müəyyənləşəcək.

2022/2023 mövsümünün İtaliya A Seriyasında Osimhen 32 oyun keçirib, 26 qol vurub və 4 məhsuldar ötürmə verib. Nigeriyalı çempionatın bombardiri oldu, Napoli isə 38 matçda 90 xalla liqada birinci yeri tutdu.

Qeyd edək ki, Osimhen İtaliya klubuna keçməzdən əvvəl Almaniyanın “Volfsburq”, Belçikanın “Şarlerua” və Fransanın “Lill” klublarında çıxış edib.

Bugün TV

Oxşar xəbərlər

İsrail Qəzza zolağında UNRWA məktəblərinin 70 faizini vurub

Aynur Camal

Taksimdə törədilən terror aktında təqsirli bilinənlərin məhkəmə günü məlum oldu

Bugün TV

Rusiya gəmisi Aralıq dənizində batdl: 2 nəfər itkin düşdü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu