5 C
Baku
13 Fevral 2026, 1:58
Dünya

Oskar nominasiyaları təxirə salındı

Los-Ancelesdə və ətrafında davam edən meşə yanğınları səbəbindən Oskar mükafatına namizədlərin elanı yanvarın 17-dən 19-a köçürülüb.

ABŞ-ın Kaliforniya ştatı alovla mübarizə aparır. Meşəlik ərazidə başlayan yanğın Los-Ancelesin Hollivud rayonunda davam edir.

Cənubi Kaliforniyada meşə yanğınlarının inkişafı kino sənayesinə də təsir etdi.

Kino Sənətləri və Elmləri Akademiyası Oskar nominasiyalarının 17 Yanvar Cümə günü deyil, 19 Yanvar Bazar günü elan ediləcəyini açıqladı. Akademiya həmçinin səsvermə müddətini iki gün, çərşənbə axşamı, yanvarın 14-ü axşama qədər uzatdığını bildirib.

Bu həftə keçirilməsi planlaşdırılan bir çox tədbirin ləğv edildiyini və ya təxirə salındığını açıqlayan Akademiya, “Yanğınlardan zərər çəkən hər kəsə, xüsusilə Los Anceles bölgəsində yaşayan üzvlərimizə və sənaye işçilərinə dərin hüznlə başsağlığı veririk” deyib.

Yanğınların bölgədə həyata ciddi təsir etdiyi, təxliyyə və dəyən ziyanla bağlı araşdırmaların davam etdiyi bildirilir.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Dünyada ən kiçik quş hansıdır?

Aynur Camal

Bilirdinizmi? Dünyada ən uzun asfalt yol 30 mindən çox kilometrdir

Aynur Camal

Peskov WhatsApp-a çağırış etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu