Los-Ancelesdə və ətrafında davam edən meşə yanğınları səbəbindən Oskar mükafatına namizədlərin elanı yanvarın 17-dən 19-a köçürülüb.
ABŞ-ın Kaliforniya ştatı alovla mübarizə aparır. Meşəlik ərazidə başlayan yanğın Los-Ancelesin Hollivud rayonunda davam edir.
Cənubi Kaliforniyada meşə yanğınlarının inkişafı kino sənayesinə də təsir etdi.
Kino Sənətləri və Elmləri Akademiyası Oskar nominasiyalarının 17 Yanvar Cümə günü deyil, 19 Yanvar Bazar günü elan ediləcəyini açıqladı. Akademiya həmçinin səsvermə müddətini iki gün, çərşənbə axşamı, yanvarın 14-ü axşama qədər uzatdığını bildirib.
Bu həftə keçirilməsi planlaşdırılan bir çox tədbirin ləğv edildiyini və ya təxirə salındığını açıqlayan Akademiya, “Yanğınlardan zərər çəkən hər kəsə, xüsusilə Los Anceles bölgəsində yaşayan üzvlərimizə və sənaye işçilərinə dərin hüznlə başsağlığı veririk” deyib.
Yanğınların bölgədə həyata ciddi təsir etdiyi, təxliyyə və dəyən ziyanla bağlı araşdırmaların davam etdiyi bildirilir.
Mənbə: EnSonHaber