22 C
Baku
27 İyul 2025, 10:07
Baş xəbərDünya

Ötən il Serbiyadan 100 mindən çox miqrant keçdi

Keçən il ərzində Serbiya ərazisindən 107 min miqrant keçib.

Bugun.tv xəbər verir ki, Serbiyanın Qaçqınlar üzrə Komissarlığının məlumatına görə, hazırda ölkə ərazisində 4000-dək immiqrant var və onların əksəriyyəti suriyalıdır. 2023-cü ildə ölkəyə gələn immiqrantların təxminən yarısı Suriya vətəndaşı olub, sonrakı yerlərdə Əfqanıstan, Pakistan, İran və digər ölkələrin vətəndaşları var.

Qərbi Balkan regionunda mümkün miqrasiya yollarının Albaniya və Monteneqrodan Xorvatiyaya, Serbiyanın cənub bölgələrindən keçərək Bosniya və Hersoqovinaya, ölkənin cənub və şərq bölgələrindən isə Xorvatiya, Macarıstan və Bosniya və Herseqovina istiqamətində olduğu bildirilib.

Ötən il insan alverinin artmasının isə Macarıstanın qaçqınlarla bağlı qərarları, həmçinin Avstriya, Macarıstan və Serbiya arasında əldə olunan razılaşma çərçivəsində Macarıstan sərhədindəki nəzarətin azaldılması və miqrant yükünün başqa istiqamətlərə yönəldilməsi göstərilir.

Bundan başqa, son on ildə Serbiya ərazisindən 1,5 milyondan çox immiqrantın keçdiyi açıqlanıb.

İntizar Əmirova

Oxşar xəbərlər

285 kiloqram marixuana ələ keçirildi

Bugün TV

Gürcüstandan tarixi qərar: LGBT təbliğatı qadağan olunacaq

Aynur Camal

ChatGPT həkimlərdən 10 dəfə daha sürətli hesabatlar hazırlayır

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu