24 C
Baku
10 Sentyabr 2025, 7:53
Baş xəbərDünya

Ötən il Sarayevoya rekord sayda turist gəldi

2023-cü ildə Bosniya və Herseqovinanın paytaxtı Sarayevonu rekord sayda turist ziyarət edib.

Bugun.tv xəbər verir ki, il ərzində paytaxt Sarayevonun da daxil olduğu Sarayevo Kantona 665 min 593 turist gəlib. Bu indiyədək qeydə alınan rekord göstəricidir.

Ötən il turistlərin sayı 2022-ci ilə nisbətdə 34,9 faiz, 2019-cu ildəki rekord göstərici ilə müqayisədə isə 0,01 faiz artıb.

Bosniya və Herseqovinaya il ərzində ən çox turist müvafiq olaraq Türkiyə, Xorvatiya, Serbiya, Monteneqro, Çin, Almaniya, ABŞ və Sloveniyadan gəlib.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

Qida fabrikində yanğın baş verdi

Bugün TV

Ursula fon der Leyen Bakıya gəlir

Bugün TV

“Modul tipli sığınacaqlar hələ də verilməyib”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu