14 C
Baku
22 Noyabr 2024, 10:34
Baş xəbərDünya

Ötən il Türkiyə ixracatı Cümhuriyyət tarixinin rekordunu qırdı

Türkiyənin ixracatı ötən il bir əvvəlki ilə nisbətən 0,6 faiz artaraq 255 milyard 809 milyon ABŞ dolları təşkil edib. Bu rəqəm cümhuriyyət tarixində rekord olub. 2023-cü ilin oktyabr ayından etibarən illik xidmət ixracı rekord səviyyəyə – 99 milyard 254 milyon dollara çatıb.

Bugun.tv xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü il üçün ixracat göstəricilərinin açıqlanmasına dair tədbirdə çıxışında deyib.

Türkiyənin yaxın keçmişdə təbii fəlakətlər, terrorizmlə mübarizə, dövlət çevrilişinə cəhd, lirənin məzənnəsinin qeyri-sabitliyi kimi problemlərə məruz qaldığını xatırladan Ərdoğan deyib: “Bütün bunları nəzərə alsaq, ölkə iqtisadiyyatında əldə edilən uğurların nə qədər əhəmiyyətli olduğunu daha yaxşı anlayırıq. Bütün bu hadisələrin baş verdiyi 2012-2022-ci illərdə dünya iqtisadiyyatı illik orta hesabla 3,4 faiz artdığı halda, Türkiyə iqtisadiyyatında artım orta hesabla 6 faiz olub. Son bir neçə il ərzində bütün dünyaya dərindən təsir edən COVID-19 pandemiyası ilə qlobal tədarük zəncirinin qırılması, Rusiya-Ukrayna qarşıdurması ilə xammal və enerji böhranının təsirləri belə ölkə iqtisadiyyatını ləngidə bilmədi və Türkiyə iqtisadiyyatı 2022-ci ildə 5,5 faiz artdı. Bu artım tempinə ən böyük töhfə 2,4 balla ixracatçılardan verildi. 2023-cü ilin üçüncü rübündə 5,9 faiz artaraq son 13 rübdə fasiləsiz böyümə tendensiyamızı davam etdirdik. Beləliklə, Türkiyə G20 ölkələri arasında ən sürətlə inkişaf edən ikinci ölkə oldu”.

Türkiyə Prezidenti əlavə edib: “Dünyanın digər iqtisadiyyatları kimi, bizim də ən böyük başağrımız həyat bahalığına səbəb olan inflyasiyadır. Avropadan Amerikaya qədər son 60-70 ilin zirvəsinə çatan inflyasiya, görülən bütün tədbirlərə baxmayaraq yüksək olaraq qalmaqdadır”.

Teymur Əziz

Oxşar xəbərlər

915 kilo narkotik ələ keçirildi

İntizar Əmirova

Ötən gün baş verən cinayətlərin xülasəsi

Aynur Camal

Bakıda keçirilən “Çoxmillətli Sülhü Dəstək Əməliyyatları kursu” başa çatıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu