Baş xəbərDünya

Otelə raket zərbəsi endirildi: biri uşaq olmaqla 2 nəfər ölüb

Rusiya ordusunun gecə saatlarında Ukraynanın Zaporojya şəhərində bir otelə təşkil etdiyi raket hücumunda biri uşaq olmaqla 2 nəfərin öldüyü bildirilib.

Ukraynanın Zaporojye vilayətinin Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov sosial media hesabında yazıb ki, Rusiya ordusu gecə yarısı Zaporojyaya raket zərbəsi endirib.

Hücumda bir otelin hədəf alındığı barədə məlumatı paylaşan Fedorov, “Rusiyanın Zaporojyaya hücumu nəticəsində 8 yaşlı oğlan və 38 yaşlı qadın həyatını itirdi. 12 yaşlı qız və 43 yaşlı kişi yaralanıb” deyib.

Fedorov, Rusiya qüvvələrinin son sutka ərzində Zaporojyadakı 11 yaşayış məntəqəsinə ümumilikdə 313 hava və artilleriya hücumu təşkil etdiyini bildirib.

Digər tərəfdən, Dnepropetrovsk vilayətinin Hərbi Administrasiyasının rəhbəri Sergiy Lisak sosial media hesabından verdiyi açıqlamada Rusiyanın gecə saatlarında Dnepr şəhərinə hava hücumu təşkil etdiyini bildirib.

Lisak hücum nəticəsində 1 nəfərin öldüyünü, 6 nəfərin yaralandığını bildirib.

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının Telegram hesabından edilən yazılı açıqlamada Rusiyanın 35 ədəd “Şahed” tipli PUA ilə Ukraynanın müxtəlif bölgələrinə hücum etdiyi, onlardan 27-nin hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edildiyi bildirilib.

Açıqlamada Rusiyanın Ukraynaya 3 ədəd “İskəndər-M” tipli raket, “KN-23” ballistik raketi və “X-59” idarə olunan raket atdığı da paylaşılıb.

Xəbər mənbəyi: Anadolu Agentliyi (AA)

Aynur Camal

Oxşar xəbərlər

Qətlə yetirilən 22 qadın kimdir? – İNTERPOL ÇAĞIRIŞ ETDİ

Kəmalə Sultan

Onun varlığından o ölkədə yaşayanların belə xəbəri yox idi

Aynur Camal

Okean sularının istiləşməsi cənub balıq növlərini şimala köç etməyə məcbur etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu