9 C
Baku
20 Fevral 2026, 1:11
Baş xəbərKriminal

Ötən gündə baş verən cinayətlərin xülasəsi

Daxili İşlər Nazirliyi məlumat yaydı

DİN-nin mətbuat xidmətindən Bugun.tv-yə verilən məlumata görə, dünən ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 94, o cümlədən borclu şəxs qismində axtarışda olan 64 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.

Aynur Camal

Oxşar xəbərlər

Vüqar Bayramov: İlham Əliyevin Vaşinqton səfəri Azərbaycanın qlobal sülh gündəliyində rolunu gücləndirir

Aynur Camal

Nəriman Həsənzadə “Heydər Əliyev” ordeni ilə təltif olundu

Aynur Camal

E vitamini ilə zəngin 7 məhsul — sağlamlığa faydaları ilə

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu