Dünya

Övladı olmayan cütlüyə 3000 avroya körpə satılıb

İspaniya polisi bioloji ana ilə sonsuz bir cütlük arasında qanunsuz razılaşma aşkar edib. Belə ki, Ana körpəni həmin cütlüyə öz doğmaları kimi qeydiyyata saldırmaq üçün saxta sənədlər hazırlamağa cəhd edib.

Ölkənin cənubundakı Əndəlüs muxtar hökumətinin açıqlamasına görə, polis Malaqa şəhərində xəstəxana və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qeydlərində qanunsuzluqlar və uyğunsuzluqlar aşkar edib.

Həmçinin polis saxtakarlığın və yeni doğulmuş körpənin 3000 avroya satılmasının qarşısını alıb.

Məlumata görə, uşaq sahibi ola bilməyən cütlüyə və bioloji anaya qarşı məhkəmə iddiası qaldırılıb.

Körpə qız Andəlüs muxtar hökuməti ilə əlaqəli sosial rifah müəssisəsinin himayəsinə götürülüb.

Mənbə: Trthaber.com

Elnarə Dərziyeva

Oxşar xəbərlər

Rusiya–Ukrayna müharibəsində gərginlik artmaqda davam edir

Aynur Camal

Növbəti “qırmızı Ay” tutulması gəlir (Blood Moon)

Aynur Camal

Sərnişinlər hava limanlarında ilişib qaldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu