17 C
Baku
10 İyun 2025, 1:54
Baş xəbərHadisə

Özəl xəstəxanada dəhşətli yanğın

Bugun.tv xəbər verir ki, İstanbulun Güngören qəsəbəsində özəl xəstəxananın üst mərtəbəsində yanğın baş verib. Çaxnaşmaya səbəb olan yanğın yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə nəzarətə götürülüb. Həznədar məhəlləsi, Bağcılar küçəsində yerləşən 7 mərtəbəli özəl xəstəxananın üst mərtəbəsində lazer epilyasiya xidmətlərinin göstərildiyi hissədə naməlum səbəbdən yanğın baş verib.

TRT Haber-in məlumatına görə, xəbər verildikdən sonra hadisə yerinə polis və çoxlu sayda yanğınsöndürmə briqadası göndərilib.

Ətraf rayonlardan gələn yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə yanğın nəzarətə götürülərək söndürülüb.

Kəmalə Sultan

Oxşar xəbərlər

Rusiya Kiyevi ən böyük drone hücumu ilə hədəfə alıb və ölənlər var

Aynur Camal

Azərbaycanda Laçın şəhərindən yan keçən yolun tikintisi başa çatıb (FOTO)

Bugün TV

Vinq Çun Federasiyasının üzvü Süleyman İsmayılov: “Bu idman növü bizə özünümüdafiə ilə yanaşı özünə güvən hissini də aşılayır”

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu