25 C
Baku
8 Sentyabr 2025, 10:55
Baş xəbərSiyasət

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin rəsmi qarşılanma mərasimi olub

Bu gün Azərbaycana dövlət səfərinə gələn Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin rəsmi qarşılanma mərasimi olub.

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi qarşılama mərasimində hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi Özbəkistan Prezidentinə raport verdi.

Özbəkistan Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Və daha sonra Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qarşısından keçdi.

Rəsmi fotoşəkillər çəkdirildi.

Mənbə: Prezident.az

Aynur Camal

Oxşar xəbərlər

Alimlər Şimali Amerikada İlk Henipavirusu Kəşf Etdilər: Pandemiyaya çevrilə bilərmi?

Aynur Camal

Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın xatirə günüdür

Aynur Camal

Ana və qızı köpək balığına yem oldu – FOTO + VİDEO

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu