6 C
Baku
29 Yanvar 2026, 10:45
Baş xəbərSiyasət

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyəyə rəsmi səfər edəcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə sabah Türkiyəyə rəsmi səfər edəcək. Bu barədə Türkiyənin Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran sosial media hesabında məlumat verib.

Məlumata görə, səfər çərçivəsində Ankarada iki ölkə liderinin sədrliyi ilə Türkiyə–Özbəkistan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının IV iclası keçiriləcək.

Görüşdə iki ölkə arasında ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində atılacaq addımlar müzakirə olunacaq.

Danışıqlar zamanı Türkiyə ilə Özbəkistan arasında münasibətlərin hüquqi və müqavilə bazasının möhkəmləndirilməsinə xidmət edən bir sıra sənədlərin imzalanması da nəzərdə tutulur. Eyni zamanda regional və beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsinin aparılması gözlənilir.

Səfər proqramına Türkiyədə baş vermiş 2023-cü il fevral zəlzələsindən sonra Özbəkistanın dəstəyi ilə Hatay vilayətində inşa edilən yaşayış evlərinin açılışı da daxildir. Açılış mərasimi canlı bağlantı vasitəsilə həyata keçiriləcək.

Mənbə: TRT Haber

Aynur Camal

Oxşar xəbərlər

Rza Pəhləvi beynəlxalq dəstəyə çağırış etdi

Aynur Camal

Zəncəfilin sağlamlığa faydaları və istifadəsində diqqət edilməli məqamlar

Aynur Camal

“Qrenlandiya məsələsi Avropa üçün strateji siqnaldır”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu