14 C
Baku
21 Mart 2026, 12:41
Baş xəbər

Özbəkistanda ictimai yerlərdə təhlükəsizlik tədbirləri gücləndiriləcək

Bugun.tv xəbər verir ki, Özbəkistanda ictimai yerlərdə və vətəndaşların toplaşdığı yerlərdə təhlükəsizlik tədbirləri gücləndiriləcək.

Ölkənin prezident aparatının yaydığı məlumatda bildirilir ki, dövlət başçısı Şavkat Mirziyoyev ölkədə təhlükəsizliyin təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyi və Milli Qvardiya Ordusunun rəsmiləri ilə müşavirə keçirib. Səlahiyyətlilər Mirziyoyevə vətəndaşların toplaşdığı yerlərdə, ticarət və əyləncə mərkəzləri, parklar və bazarlar kimi ictimai asayişin qorunması ilə bağlı hesabat təqdim edib.

Mirziyoyev həmçinin vurğulayıb ki, ictimai təhlükəsizliyə yeni təhdid və risklərin artdığı müasir şəraitdə ictimai asayişin və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün hüquq-mühafizə orqanları ilə kommersiya təşkilatları arasında əməkdaşlıq gücləndirilməlidir.

Prezident Mirziyoyev bu məsələ ilə bağlı hüquq-mühafizə orqanları, qeyri-hökumət təşkilatları və kommersiya təşkilatları arasında əməkdaşlığı nəzərdə tutan qanun layihəsinin hazırlanması barədə göstəriş verib.

Bugün TV

Oxşar xəbərlər

Putin Ramazan bayramı münasibətilə müsəlmanları təbrik etdi

Aynur Camal

Ceyhun Məmmədov: “Fitrə zəkatı 10-15 manat arasında dəyişə bilər”

Aynur Camal

İlham Əliyev Qarabağda Novruz tonqalını alovlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu