23 C
Baku
10 İyun 2025, 1:13
Baş xəbər

Özbəkistanla sosial əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi məsələləri müzakirə olundu

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Özbəkistan Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyinin direktoru Mansurbek Olloyerovun videokonfrans formatında görüşü olub.

Görüşdə ortaq tarixə, köklərə, dinə və mədəniyyətə malik xalqlarımız arasında qədim zamanlardan mövcud olan ənənəvi dostluq və qardaşlıq əlaqələri qeyd edilib. Azərbaycan və Özbəkistanın dövlət başçılarının səyləri ilə iki ölkənin münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyduğu bildirilib. 2023-cü ilin avqust ayında Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev tərəfindən imzalanan “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə”nin strateji tərəfdaşlığın dinamik inkişafında xüsusi önəmi vurğulanıb.

İki ölkə arasında əmək, məşğulluq, sosial müdafiə sahələrində də uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd edilib. Ölkəmizdə son illər aparılan sosial islahatların uğurlarından olan DOST konsepsiyasının və sosial xidmətlərin avtomatlaşdırılması təcrübəsinin Özbəkistanda tətbiqi ilə bağlı aparılan işlərdən bəhs olunub. Bu sahədə Nazirlik və Agentliyin nümayəndələrinin ardıcıl olaraq keçirdikləri görüşlər əsnasında aparılan təcrübə mübadilələrinin əhəmiyyəti qeyd edilib.

Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə Özbəkistanın “Beynəlxalq İnklüziv HUB” beynəlxalq əsaslı peşəkar inklüziv təhsil mərkəzi arasında gələcək əməkdaşlıq imkanlarından bəhs olunub.

Əlaqələrin inkişafı sahəsində görülmüş işlərin yekunları və əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi məsələləri müzakirə edilib.

Mənbə: Əmək və əhalinin sosial müdafiəsi Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Prezidentdən Naxçıvan bəyanatı: Üç region birləşdirilir – Yeni plan

Aynur Camal

Fazil Mustafa güllələnməsilə bağlı açıqlama verdi

Kəmalə Sultan

Meşələrə giriş-çıxış qadağan olundu

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu