27 C
Baku
7 Sentyabr 2025, 21:54
Baş xəbər

Özünüməşğulluq proqramıları işsizləri aktivlərlə təmin etdi

Özünüməşğulluq proqramı üzrə son bir həftədə 250-dən çox şəxs üçün təsərrüfatlar yaradılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı iştirakçılarına aktivlərin paylanması prosesi ötən həftə də davam edib.

Son bir həftə ərzində paytaxt və regionlarda 250-dən çox işsiz və işaxtaran şəxsə bu proqram çərçivəsində mal və materiallar formasında aktivlər təqdim olunub.

Onlardan 154-ü istehsal-xidmət, 100-ə yaxını isə kənd təsərrüfatı istiqaməti üzrə proqrama cəlb olunanlardır.

Verilmiş aktivlər hesabına proqram iştirakçıları üçün kənd təsərrüfatı, istehsal və xidmət istiqamətləri üzrə kiçik təsərrüfatlar yaradılıb.

Proqrama cəlb olunanlar üçün əvvəlcə təlimlər təşkil edilir, olara kiçik biznesin təşkili və idarə olunmasına dair bilik və bacarıqlar öyrədilir. Təlimlərdən sonra özünüməşğulluq istiqaməti üzrə biznes planlarına uyğun aktivlərlə təmin olunurlar.

Mənbə: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İctimaiyyətlə əlaqələr şöbəsi

Aynur Camal

Oxşar xəbərlər

144 əməkdaş YAP sıralarına qəbul olundu

Aynur Camal

“Hüseyn Cavidin ədəbi-bədii irsi mətbuatda” adlı monoqrafiya işıq üzü görüb – FOTO

Nigar Məmmədova

ÜST və ÜMT xəbərdarlıq edir: İfrat istilər işçilərin sağlamlığı və əmək məhsuldarlığı üçün ən böyük təhlükəyə çevrilir

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu