16 C
Baku
24 Oktyabr 2025, 0:45
Dünya

Pakistan və Əfqanıstan arasında atəşkəs

Pakistan və Əfqanıstan arasında sərhəddə gərginlik toqquşmalara çevrilib. Oktyabrın 11-də başlayan qarşıdurmalarda bu gün 48 saatlıq fasilə elan edilib.

Pakistan Xarici İşlər Nazirliyi atəşkəsin bu gün saat 18:00-da başladığını açıqlayıb.

Kəraçidə yerləşən Geo News telekanalının məlumatına görə, Pakistan Xarici İşlər Nazirliyi Əfqanıstanla sərhəddəki münaqişə ilə bağlı bəyanat yayıb.

Açıqlamada qeyd olunub ki, iki ölkə Əfqanıstanın tələbi ilə 48 saatlıq atəşkəsə razılaşıb. “Bu müddət ərzində hər iki tərəf konstruktiv dialoq yolu ilə bu mürəkkəb, lakin həll edilə bilən problemin həllini tapmağa çalışacaq”.

Bu arada, Kabildə yerləşən Tolo News-un ABŞ mərkəzli X sosial media platformasında paylaşdığı xəbərə görə, Əfqanıstan hökumətinin sözçüsü Zabihullah Mücahid atəşkəs məlumatını təsdiqləyib və tələbin Pakistandan gəldiyini qeyd edib.

Oktyabrın 9-da Əfqanıstanın paytaxtı Kabildə partlayış səsləri eşidilib. Əfqanıstan hökuməti daha sonra Marqa və Kabildəki partlayışlara görə Pakistanı günahlandırıb.

Oktyabrın 11-də Əfqanıstanın Pakistanla sərhədində yerləşən Paktiya əyalətində iki ölkənin sərhəd qüvvələri arasında toqquşma baş verib.

Əfqanıstan hökuməti Pakistan sərhədində baş verən qarşıdurmada 58 pakistanlı əsgərin öldüyünü, 30-un yaralandığını, çoxlu sayda silah və texnikanın əfqan sərhədçilərinin əlinə keçdiyini iddia edib.

Əfqanıstan hökumətinin sözçüsü Zabihullah Mücahid toqquşmalarda 9 əfqan əsgərinin həlak olduğunu açıqlayıb.

Mücahid bildirib ki, qarşıdurma Qətər və Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə dayandırılıb.

Pakistan ordusu Əfqanıstan sərhəd qüvvələri ilə toqquşmalarda 23 pakistanlı əsgərin öldüyünü, 30 əsgərin yaralandığını bildirib və Əfqanıstan hökumətinə bağlı 200-dən çox “terrorçu”nun zərərsizləşdirildiyini bildirib.

Ötən gün iki ölkə sərhədində yenidən toqquşmalar alovlanıb və Əfqanıstan hökuməti qarşıdurmada 12 nəfərin öldüyünü bildirib. Əfqanıstan bu hücumların cavab xarakterli olduğunu, çoxlu pakistanlı əsgərin öldüyünü bildirdi.

Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr Departamenti (ISPR) həmçinin Əfqanıstanın Hayber Paxtunxvadakı sərhəd məntəqələrinə hücumlara başladığını və cavab olaraq 25-30 əfqan əsgərinin öldürüldüyünü bildirib.

Həmçinin Əfqanıstan hökumətinin ölkənin Spin Boldak bölgəsi və Pakistanın Çaman bölgəsində baş verən qarşıdurmalardan sonra atəşkəs tələb etdiyi iddia edilib.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

Qızlar məktəbi yandırılıb

Şükufə Ramizqızı

İndoneziyada vulkan yenidən püskürdü! Tam bir adanı boşaltdılar

Aynur Camal

Qəzzada yemək zamanı ac qalan uşaqlar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu