29 C
Baku
9 İyun 2025, 12:53
Baş xəbərDünya

Pakistan və Hindistan əsgərləri Cammu və Kəşmir sərhədində bir-birinə atəş açdı

Bugun.tv xəbər verir ki, Pakistan və Hindistan əsgərlərinin Cammu və Kəşmir sərhəddində bir-birinə atəş açdığı, hadisədə can itkisinin olmadığı açıqlanıb.

Milli mətbuatda yer alan xəbərlərə görə, Hindistanın Cammu və Kəşmir bölgəsinin sərhəd nöqtəsindən gələn pilotsuz təyyarə Pakistanın Sialkot şəhəri sərhədinə girməyə cəhd edərkən Pakistan təhlükəsizlik qüvvələri tərəfindən vurulub.

TRT Haberin məluatına görə,iki ölkə əsgərlərinin bir-birinə atəş açması nəticəsində ölən olmayıb. Pakistan ordusundan verilən açıqlamada Pakistan təhlükəsizlik qüvvələrinin Hindistan əsgərlərinin səbəbsiz atəşə tutulmasına cavab verdiyi bildirilib.

İngiltərə 1947-ci ildə müstəmləkə kimi idarə etdiyi Hindistandan çəkildiyi üçün o zamanlar knyazlıq olan Kəşmir yeni müstəqillik əldə etmiş Hindistan və ya Pakistanla birləşmə seçimi qarşısında qaldı.

Əhalisinin 90 faizi müsəlman olan Kəşmir xalqı 1947-ci ildə Pakistana birləşməyə tərəfdar olsa da, dövrün şahzadəsi Hindistanla birləşməyə qərar verdi.

Qərara Kəşmirin müsəlman xalqı etiraz edib. Tərəflər ilk dəfə 1947-ci ildə Pakistan və Hindistanın bölgəyə qoşun yeritdiyi vaxt döyüşüb. 1965 və 1999-cu illərdə də eyni səbəbdən iki ölkə arasında müharibə baş verdi.

Müharibələrdən sonra müvəqqəti atəşkəs nəticəsində Cammu və Kəşmirin 45 faizi Hindistanın, 35 faizi isə Pakistanın nəzarətində qalıb. Bölgənin şərqindəki 20 faiz qonşu Çinə verildi.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) 1948-ci ildən bəri qəbul etdiyi qərarlarla Kəşmirin demilitarizasiyasını və gələcəyini referendumla müəyyən etməyi nəzərdə tutur.

Hindistan administrasiyası referenduma qarşı çıxsa da, Pakistan BMT Təhlükəsizlik Şurasının qərarlarının həyata keçirilməsini istəyir.

Digər tərəfdən, Hindistan 2019-cu il avqustun 5-də Cammu və Kəşmirin xüsusi statusunu ləğv etdi və bölgəni iki “Birlik əraziləri”nə: birbaşa mərkəzi hökumətə tabe olan “Cammu Kəşmir” və “Ladax”a böldü.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Kilid ekranı vidjetləri Android 16 ilə geri qayıdır

Aynur Camal

Ukrayna “Oniks”in səsdən sürətli qanadlı raketlərini vura bilmir

Aynur Camal

Makron podkastda rəqib partiyaların seçki vədlərini dəyərləndirib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu