24 C
Baku
20 İyul 2025, 3:11
Baş xəbərHadisə

Pakistanda 25 nəfər ildırım vurmasından öldü!

Bugun.tv xəbər verir ki, Pakistanın Bəlucistan, Pəncab və Sind əyalətlərində güclü yağış zamanı ildırım vurması nəticəsində azı 25 nəfər ölüb.

Pəncabın müxtəlif yerlərində ildırım çaxması nəticəsində 16 nəfər həyatını itirib. Pəncabda 8 nəfər, Sind əyalətində də 1 nəfəri ildırım vurub. Onların əksəriyyətinin kənd təsərrüfatı işçiləri olduğu bildirilib.

Bundan başqa, ildırım vurması nəticəsində çoxlu sayda insan yaralanaraq xəstəxanalara aparılıb, bəzi evlərə ziyan dəyib.

Pakistan Meteorologiya İdarəsi yağışların davam edəcəyini açıqlayıb və əhaliyə xüsusilə tufan zamanı qapalı qalmaları barədə xəbərdarlıq edib.

Aynur Camal

Oxşar xəbərlər

“Xərçəngin müalicəsi var” – TANINMIŞ HƏKİM AÇIQLADI  

Bugün TV

Rusiyadan Ukraynaya raket və PUA hücumu: 4 ölü

Aynur Camal

Hərbçimiz qəfil vəfat etdi-FOTO

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu