27 C
Baku
28 İyul 2025, 1:15
Baş xəbərDünya

Pakistanda daşqın: 209 nəfər ölüb

Pakistanda yağan musson yağışları və şiddətli daşqınlar bütün ölkəyə böyük ziyan vurub və ölənlərin sayı 209-a çatıb.

Pakistan son bir aydır güclü musson yağışlarının səbəb olduğu sel və torpaq sürüşmələri ilə mübarizə aparır.

Pakistan Meteorologiya Departamentindən Zahir Əhməd Babar ölkənin müxtəlif bölgələrində təsirli olan musson yağışlarının həftə boyu davam edəcəyini bildirib.

 Ölənlərin Sayı 209-a yüksəldi

Pəncab Regional Fəlakət İdarəsi İdarəsinin rəsmisi İrfan Əli əyalətdə son 24 saat ərzində leysan yağışlar nəticəsində 24 nəfərin həyatını itirdiyini, iyul ayından bu yana yağan güclü yağışlar nəticəsində ölənlərin sayının isə 209-a yüksəldiyini bildirib.

Milli Fövqəladə Hallar İdarəsi rəsmiləri yağışların bəzi rayonlarda daşqın və sürüşmələrə səbəb olduğunu, 2200-dən çox evin dağıldığını bildirib. Ən çox can itkisinin Pəncab, Xeyber Paxtunxva və Sind əyalətlərində baş verdiyini vurğulayan səlahiyyətlilər, sürüşmə və ani daşqınların bəzi yol və körpülərə ziyan vurduğunu və bu vəziyyətin nəqliyyatın hərəkətini pozduğunu bildirib. Normallaşma səylərinin fasiləsiz davam etdiyi bildirilib.

Pakistan hökuməti turistlərə yağışların təsirinə məruz qalan ərazilərdən uzaq durmaları ilə bağlı xəbərdarlıq edib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Hindistan nüvə müharibəsi qorxusu fonunda Pakistanın su təchizatını kəsir

Aynur Camal

Apple Vision Pro-nun kütləvi istehsalına başlayır

Teymur Əziz

“Şəki “İpək yolu” XIV Beynəlxalq Musiqi Festivalı baş tutdu”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu