29 C
Baku
28 İyun 2025, 20:25
Baş xəbərDünya

Pakistanda məsciddə terror törədilib – ölənlərin sayı 72 nəfərə çatıb – YENİLƏNİB

Xarici Xəbərlər. 

Pakistanın Peşavar şəhərində məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 72 nəfərə çatıb.

Xarici KİV-ə istinadən xəbər verir ki, 150 insan yaralanıb.

Qeyd olunub ki, polis və hərbçilər də daxil olmaqla insanların sıx olduğu məsciddə günorta namazı zamanı kamikadze partlayıcı qurğunu işə salıb. Hadisə yerində xilasetmə əməliyyatı davam edir və qurbanların sayı arta bilər. Vurğulanıb ki, partlayış zamanı məsciddə 500-ə qədər adam ola bilərdi.

Terrora görə məsuliyyəti “Təhrik-e-Taliban Pakistan” terror təşkilatı öz üzərinə götürüb.

30.01.2023/20:16

Xarici KİV-nin verdiyi xəbərə əsasən, Pakistanda növbəti terror hadisəsi baş verib. Belə ki, hadisə Pakistanın Pişəvər şəhərində məsciddə törədilib.

Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistana başsağlığı verib. “Pakistanın Pişəvər şəhərində məsciddə törədilən terror aktı xəbəri bizi şoka saldı və kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik. Qardaş Pakistan İslam Respublikası ilə həmrəyik”, – paylaşımda deyilib.

Mənbə: xinTwitter

Aynur Camal

Oxşar xəbərlər

San-Fransiskoda vaqonlar relsdən çıxaraq alovlandı, azı 9 nəfər xəsarət aldı

İntizar Əmirova

İldırım vurdu: 8 işçi həlak oldu

Aynur Camal

Avtomobilin aşması nəticəsində 1 nəfər öldü, 3 nəfər yaralandı

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu