36 C
Baku
20 İyul 2025, 16:29
Baş xəbərHadisə

Pakistanda qatarlar toqquşdu: 20 nəfər xəsarət aldı

Bugun.tv xəbər verir ki, Pakistanın Pəncab əyalətində iki qatarın toqquşması nəticəsində azı 20 nəfər xəsarət alıb.
Geo News televiziyasında yer alan xəbərə görə, Mianvali şəhərindən Lahora gedən sərnişin qatarı Şekipura bölgəsində eyni marşrut üzrə yük qatarı ilə toqquşub. Çox sayda təcili yardım və axtarış-xilasetmə qrupları hadisə yerinə cəlb olunub.
Digər tərəfdən, qəzaya görə Lahorda qatarların hərəkətində fasilələr yaranıb.
Xatırladaq ki, iyunun 6-da da Navabşah şəhəri yaxınlığında sərnişin qatarı relsdən çıxıb. Nəticədə 30 nəfər həlak olub, 90-dan çox insan yaralanıb.

Teymur Əziz

Oxşar xəbərlər

Avtomobil yolunda aşmış yük maşınında yanğın baş verdi

Bugün TV

Kəmalə Sultan

Amerika prezidenti yıxılmağı ilə gündəm oldu-VİDEO

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu