24 C
Baku
19 İyul 2025, 7:40
Baş xəbərHadisə

Pakistanda sərnişin qatarı qəzaya uğradı! 22 nəfər öldü!

Pakistanda qatar qəzası

Bugun.tv xəbər verir ki, Pakistanın Nəvabşah şəhəri yaxınlığında sərnişin qatarının relsdən çıxması nəticəsində 22 nəfər ölüb, 50 nəfər yaralanıb.

Pakistan Dəmir Yolları naziri Xavaca Saad Rafik Kəraçidən Ravalpindiyə gedən Hazara Expressi sərnişin qatarının 10 vaqonunun Navabşah yaxınlığında qəzaya uğrayıb.

Pakistanda qatar qəzaya uğradı
Pakistanda qatar qəzası

Rafik bildirib ki, qəza texniki nasazlıq və ya təxribat nəticəsində baş verə bilər.

Yerli polis rəisi Younas Chandio jurnalistlərə bildirib ki, yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Axtarış və xilasetmə işlərinə kömək etmək üçün hadisə yerinə ordu və yarımhərbi qüvvələr cəlb olunub.

Qeyd edək ki, 2021-ci ilin iyununda da Pakistanda iki qatarın toqquşması nəticəsində 63 sərnişin həlak olub.

Teymur Əziz

Oxşar xəbərlər

Sərnişin avtobusu yandı

Bugün TV

Qəbilə qarşıdurması: 15 ölü

Aynur Camal

Yanvarın 26-da gözlənilən hava şəraiti

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu