Bugun.tv “Reuters” agentliyinə istinadla xəbər verir ki, xilasetmə işləri və bağlanmış yolların təmizlənməsi davam edir, təcili yardım məqsədilə vəsait ayrılır. Meteoroloqların məlumatına görə, güclü yağışlar avqustun 21-dək davam edəcək. Cari musson mövsümündə həmişəkindən daha çox yağan yağışlar yolları və binaları yuyub aparıb. Şənbə günü səhərə qədər Hayber-Paxtunxva əyalətinin dağlarında 307 nəfərin öldüyü, daha çox insanın isə itkin düşdüyü təsdiqlənib. Bu barədə əyalətin müvafiq idarəsi məlumat verib. Son bir həftə ərzində təkcə Pakistan deyil, həm də qonşu Hindistan və Nepalın bir hissəsi güclü yağışlar, daşqınlardan ciddi zərər çəkib.
əvvəlki yazı
Oxşar xəbərlər
- Şərhlər
- Facebook şərhləri
