16 C
Baku
21 Noyabr 2024, 15:01
Dünya

Pakistanda termometrlər 50 dərəcəni göstərib

Pakistanda isti dalğası ölkənin müxtəlif bölgələrində təsirli olur.

Bu gün termometrlərin 50 dərəcəni göstərdiyi ölkədə vətəndaşlar istidən boğulub.

Pakistan Meteorologiya İdarəsindən verilən açıqlamada Lahorda temperaturun 43 dərəcəyə yüksəldiyi, rütubətin isə yüzdə 17 olaraq ölçüldüyü qeyd edilib.

Mayın 27-dək Lahorda isti hava şəraitinin təsirli olacağı, ölkənin müxtəlif şəhərlərində temperaturun 40 dərəcədən yuxarı olduğu bildirilib. Termometrlər ölkənin Sind əyalətində Dadu və Moenjodaroda 50, Navabşah və Sukkurda 49, Mithidə 46; Bəlucistan əyalətində Sibi və Turbatda 48; Pəncab əyalətində yerləşən Bahavalpurda 47 dərəcə isti göstərib. Kəraçidə temperatur 36 dərəcə, rütubət isə yüzdə 50 olaraq açıqlanıb.

Pakistan rəsmiləri isti dalğaları və isti vurması səbəbindən əhaliyə ölüm riskləri barədə xəbərdarlıq edib. Açıqlamada zərurət olmadıqca çölə çıxmamaq tövsiyə edilib, maye istehlakına da diqqət yetirilməsi tövsiyə edilib.

2015-ci ildə ölkədə müşahidə edilən həddindən artıq istilər zamanı termometrlər 49 dərəcə göstərərək, əsasən Karaçi şəhərində susuzlaşdırma və isti vurması nəticəsində təxminən 2 min insanın ölümünə səbəb olmuşdu.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

Putin yenidən danışıqlar olmadan atəşi dayandırmaqdan imtina etdi

Aynur Camal

Minlərlə insan çay kənarında iftar etdi

Aynur Camal

Tək oturacaqlı təyyarə qəzaya uğradı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu