9 C
Baku
22 Dekabr 2024, 12:10
Baş xəbərSiyasət

Pakistanın baş naziri ölkəmizə səfər edib

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycana səfərə gəlib. Azərbaycan Prezidenti İlham Əliyevin və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin geniş tərkibdə görüşü başlayıb.

“Pakistan Azərbaycanın haqq işinə yaxından dəstək olan ölkələrdəndir. Dövlətlər arasındakı strateji müttəfiqlik son illər daha da dərinləşib. 2022-ci ildə Azərbaycan ilə Pakistan arasındakı ticarət dövriyyəsi 2.4 dəfə artaraq 27.7 milyon dollara çatıb. Bu ilin ilk 4 ayında 11.7 milyon dollarlıq dövriyyə qeydə alınıb”.

Bugun.tv xəbər verir ki, bu fikri Milli Məclisin deputatı Vüqar Bayramov sosial media hesabında qeyd edib.

V.Bayramov bildirib ki, strateji müttəfiqlik ölkələr arasında iqtisad əlaqələrin də genişlənməsinə xidmət edir. İki ölkə arasında iqtisadi sahədə daha geniş potensial mövcuddur. Qarşılıqlı rəsmi səfərlər bu əlaqələrin daha dərinləşməsinə xidmət edir.

Pakistan eyni zamanda işğaldan azad olunan ərazilərimizin bərpası, iqtisadiyyatının formalaşması və re-inteqrasiyasında daha yaxından iştirak etmək istəyən ölkələrdəndir. Qarabağa daha çox Pakistan sərmayəsinin cəlb ediləcəyi gözlənilir. Azərbaycan da Pakistana daha çox investisiya yönəltməyi hədəfləyir.

Bütövlükdə, iki ölkə arasındakı geniş potensial daha yaxından reallaşmaqdadır. Tərəflər fərqli sahələrdə yeni əməkdaşlıq imkanlarından faydalanacaqlar.

Nigar Məmmədova

Oxşar xəbərlər

Brent markalı neftin barel qiyməti 89,74 dollardır

Aynur Camal

Mübarək Ramazan ayının başladığı gün məlum olub

Aynur Camal

Əfqanıstan vətəndaşları deportasiya edilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu