15 C
Baku
12 Oktyabr 2025, 3:51
Baş xəbərDünya

Pakistanın keçmiş baş naziri məhkəmə qarşısına çıxarıldı

Pakistanın keçmiş baş naziri İmran Xan yüksək təhlükəsizlik tədbirləri altında məhkəmə qarşısına çıxarılıb.

Bugun.tv xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb.

Xan təhlükəsizlik səbəbi ilə bir dəfə İslamabad Polis İdarəsi kompleksindəki Polis Qonaq Evində mühakimə olunub. Keçmiş baş nazirin vəkilləri bu vəziyyətə reaksiya verərək, iclasın məhkəmədə keçirilməsini istəyiblər.

Polis Qərargahı kompleksinin ətrafında təhlükəsizlik ən yüksək səviyyəyə qaldırılıb. Bölgəyə gedən yan yollar bağlanıb, bir çox nöqtələrə konteynerlər yerləşdirilib.

Rəsmilər məhkəmə ərazisinə icazəsi olanlardan başqa heç kimin girə bilməyəcəyini açıqlayıb.

Mənbə: TRT haber

Nigar Məmmədova

Oxşar xəbərlər

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi yeniliklərə imza atıb

Nigar Məmmədova

150 dəqiqəyə almaz istehsal edildi

Aynur Camal

Qayseri Navab baş nazirlə görüşdə Pakistan-Azərbaycan dostluğundan danışıb   

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu